15 may 2012 15:54
Manuel Skarlatake yenidən Xəzər Lənkəranda
“Xəzər Lənkəran” keçmiş futbolçusu Manuel Adrian Skatlatakeni geri qaytarır. Azerisport.az xəbər verir ki, artıq bu məqsəldə cənub təmsilçisinin baş məşqçisi Yunis Hüseynov Rumıniyaya səfərə də gedib.
O, Skarlatakenin müqavilə ilə məxsus olduğu Buxarest “Dinamo”su ilə danışıqlar aparıb. Danışıqlar uğurla nəticələnib və Skarlatake artıq komandanın avrokuboklar öncəsi təlim-məşq toplanışından etibarən cənubluların düşərgəsinə qoşulacaq.
Qeyd edək ki, Skarlatake “ağ-yaşıllar”ın sabiq baş məşqçisi Mirça Rednikin dönəmində “Xəzər Lənkəran”a transfer olunmuşdu. Lakin icarə əsasında çıxış edən futbolçu cəmi 12 oyunda iştirak etdikdən sonra “Dinamo”ya qayıtmışdı. 1986-cı il təvəllüdlü futbolçu müdafiəçi olmasına rəğmən, cənub klubunda bir qol da vurmağa imkan tapmışdı.
