15 may 2012 16:37

Kazbek Tuayev: Qarabağ gələn mövsüm çempion olacaq

AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev azerisport.az saytına müsahibəsində mövsümün yekunlarından danışıb, yığmamızın qarşıdakı yoldaşlıq oyunlarına toxunub.

- Geridə qalan mövsümlə bağlı nə deyərdiz?
- Ümumiyyətlə qeyd etmək istərdim ki, 2012 ölkəmiz üçün çox məsuliyyətli ildi. Qarşıda bizi Avroviziya, olimpiya oyunları, 17 yaşadək qızlar arasında dünya çempionatı gözləyir. Hər bir sahədə uğurlar gözləyirəm. Futbola qayıdaraq sevimli komandamı çempionluq münasibətilə təbrik etmək istərdim. “Neftçi” oyun keyfiyyətinə görə də artırıb. Həmçinin Yunis Hüseynova görə də şadam ki, onun rəhbərliyi altında “Xəzər Lənkəran” mövsümü uğurla başa vura bildi. Novruz Əzimovlu “Bakı”dan da çox şey gözləyirəm. Hansı ki, onlar da kubokun finalına çıxıblar, Avropa Liqasına vəsiqə qazanıblar.
 
- Klublarımızdan avrokuboklarda nə gözləyirsiz?
- İstəyirəm ki, bütün klublarımız layiqli çıxış etsinlər. İlk növbədə “Neftçi”, “Xəzər Lənkəran” və “Bakı”dan uğur gözləyirəm.
 
- “Qarabağ”ın uğursuz çıxışı ilə bağlı nə deyə bilərsiz?
- Bu komanda avrokuboklara vəsiqə qazana bilmədi. Amma mən bunda heç bir faciə görmürəm. Bütün zamanların ən yaxşı komandası “Barcelona” da bu mövsüm Çempionlar Liqasını və İspaniya çempionluğunu qazana bilmədi. Ağdamlılar analizlər aparıb, nəticə çıxaracaqlar. Rəhbərlik Qurban Qurbanovu dəstəkləməlidi. O, yaxşı oğlandı, məşqçidi. İstənilən adamla mübahisə etməyə hazıram ki, “Qarabağ” gələn mövsüm Azərbaycan çempionu olacaq.
 
- Bu yaxınlarda bir çox azərbaycanlı məşqçilər PRO kateqoriyası alsalar da, onların əksəri hələ də işsizdi...
- Məşqçi taleyi belədi. Hərdən tələbat olur, hərdən yox. Hətta Valeri Qazzayev kimi mütəxəsssis də indi işsizdi. Benites də heç yerdə işləmir. Mən özüm də bilmirəm ki, bizim futbol funksionerlərimiz bacarıqsız əcnəbi məşqçiləri niyə bura gətirirlər. “Bakı”nın prezidentinə hörmətim var ki, komandanı Novruz Əzimova etibar etdi. O, bununla doğru seçim etdi.
 
- Bu ay Azərbaycan yığmasının Yaponiya və Andorra ilə oyunlar gözləyir. Sizcə, Belarusla görüşdən imtina edib, Yaponiyanı seçməyimiz düzgün addımdı?
- Əlbəttə. Yaponiya bizim üçün yeni ölkədi, futbola yeni baxışdı. Təcrübə baxımından onlarla oyun xeyrimizə olacaq. Belarusu yaxşı tanıyırıq. Oyunlarında yeni heç nə yoxdu. Yadıma gəlir, Yaponiya yığması 1965-ci ildə Bakıya gəlmişdi. Onda biz onlara 10 qol vurduq. Birinci hissədən sonra hesab artıq 5:0 idi. Moskvadan olan təşkilatçılar xahiş etdilər ki, daha qol vurmayaq. Amma biz daha beş dəfə fərqləndik. Ondan sonra yaponlar düz bir ay tez-tez gəlib bizim oyunumuzu, məşqlərimizi çəkirdilər. Daha sonra bizi Yaponiyaya dəvət etdilər. Amma Moskvadan buna razılıq verilmədi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.