15 may 2012 17:03
Yığmamızın müdafiəçisi klubsuz qala bilər
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budaq klubsuz qala bilər. Azerisport.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, millimizin üzvünün çıxış etdiyi “Freiburg”da Ufukla yanaşı daha altı futbolçunun müqavilələrin müddəti başa çatıb. Lakin klub rəhbərliyi hələlik bu futbolçuların heç biri ilə yeni anlaşma ilə bağlı danışıqlara başlamayıb. Bu isə sözügedən futbolçuların komandadan gedəcəyinə dair ehtimalları artırır.
Qeyd edək ki, Budaq “Freiburg”un ikinci komandasının son oyunlarında bir qayda olaraq əsas heyətdə meydana çıxırdı.
