15 may 2012 17:45
Fatih Kavlak daha bir il Qəbələdə!
"Qəbələ” Futbol Klubu baş məşqçi Fatih Kavlakla müqavilənin müddətini bir il daha uzadıb. Azerisport.az xəbər verir ki, bu barədə qərar “Qəbələ” PFK-nın prezidenti Tale Heydərovun iştirakı ilə keçirilən iclasdan sonra qəbul olunub.
Xatırladaq ki, Kavlak "Qəbələ" də 2010-cu ildə baş məşqçinin köməkçisi kimi fəaliyyətə başlamışdı. Türkiyəli mütəxəssis 2011-ci ilin noyabrında baş məşqçi postuna təyin olunmuşdu.
