15 may 2012 18:06
Qəbələ Mahir Şükürovla yollarını rəsmən ayırdı
“Qəbələ” Futbol Klubu komandanın müdafiəçisi Mahir Şükürovla yollarını rəsmən ayırıb. Azerisport.az xəbər verir ki, hələ xeyli müddət öncədən məlum olan bu ayrılıqla bağlı klubun rəsmi saytı vasitəsilə açıqlama verilib.
Xatırladaq ki, Şükürov 2011-2012 mövsümünün əvvəlindən "Qəbələ"də top qovurdu. Müdafiəçi mövsüm ərzində 19 oyunda komandanın heyətində yer almışdı.
"Qəbələ" Futbol Klubu Mahir Şükürova komandada keçirdiyi oyunlara və qazanılan qələbələrdəki payına görə təşəkkür edib, futbolçu karyerasında yeni-yeni uğurlar arzulayıb.
