15 may 2012 18:14
“Komandadan gedənlərin siyahısı yaxın günlərdə açıqlanacaq”
“Qəbələ”nin meneceri Zaur Əzizov komandanın baş məşqçisi Fatih Kavlakpostunda qalmasına, eləcə də Mahir Şükürovla yollarını ayırmalarına münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Minimum növbəti mövsümün sonuna kimi biz Fatih Kavlakla çalışmağa davam edəcəyik. Onun klubla müqaviləsi vardı. Rəhbərlik də bu mütəxəssislə işbirliyini davam etdirməyə qərar verdi. Mahir Şükürova gəlincə, o, komandanı tərk etdi. Şükürovla yanaşı komandadan başqa gedənlər də olacaq. Onların adlarını yaxın günlərdə rəsmən elan edəcəyik. Məşqçilər korpusu eyni zamanda bizə növbəti mövsüm üçün komandanı gücləndirmək yönündə də siyahı veriblər və ona uyğun transfer siyasəti aparacağıq”.