15 may 2012 20:07

“Qurban Qurbanov istefa üçün müraciət etməyib”

Azerisport.az sizi Ağdamın “Qarabağ” futbol klubunun direktoru Əmrah Çəlikəlin müsahibəsi ilə tanış edir.
 
- “Qarabağ”ın ardıcıl 3 mövsümdən sonra Avropa kuboklarından kənarda qalması nə ilə bağlıdır?
- Sözsüz ki, bunun müəyyən səbəbləri var. Biz bu səbəbləri araşdırmalı, təhlil etməli və qərarlar qəbul etməliyik.
 
- Səbəblər sırasında klub rəhbərliyinin transferlərə yetərincə vəsait ayırmaması da göstərilir...
- Biz rəhbərlik olaraq, istər futbolçuların maaşlarının, istərsə də transferlərə ayrılan vəsaitin yüksək olması üçün əlimizdən gələni etmişik. Baş məşqçimiz Qurban Qurbanovun istəyinə uyğun transferlər həyata keçirmişik. Uğursuzluğu transfer siyasətinin düzgün qurulmaması ilə əlaqələndirmək olmaz.
 
- Maaşlar yüksəkdirsə, niyə aparıcı futbolçularınız komandanı tərk edirlər?
- Rəşad Sadiqov hələ mövsümün ortalarında “Neftçi”yə keçmək istəyirdi. Getməkdə israrlı olduğunu gördükdən sonra onu necə saxlaya bilərdik? Georgi Adamiya ilə ortaq məxrəcə gələ bilmədik. Nderim Nedzipinin başa çatan müqaviləsini uzatmadıq. Eyni sözləri qapıçı Boyan Pavloviç barədə də demək olar.
 
- Sadiqovdan başqa digər yerli futbolçularınızın da komandanı tərk etmək istədikləri bildirilir. Bu sırada Əfran İsmayılov və Rauf Əliyevin də adları çəkilir...
- “Qarabağ” klubu olaraq, daim yerli futbolçulara üstünlük vermişik. Azərbaycan bayrağının, Azərbaycan adının hər yerdə yüksəkdə olması üçün çalışmışıq. İsmayılovla Əliyev “Qarabağ”ın yetirmələridir. Onlardan baş məşqçimiz Qurban Qurbanov da, klub rəhbərliyi də razıdır. Onların komandadan gedişi gündəmdə deyil.
 
- Bəs qapıçı Fərhad Vəliyev necə?
- İnşallah, komandada qalacaq. Ümumiyyətlə, komandadan gedənlər də olacaq, qalanlar da. Onları yaxın günlərdə müəyyənləşdirərək, geniş açıqlama verəcəyik. Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq. Hədəfimiz Avropa kuboklarına vəsiqə qazanaraq, layiqincə çıxış etməkdir.
 
- Bəzən “Qarabağ”ı “Qafqazın “Barselona”sı” adlandırırlar. Əgər belədirsə, artıq “Barselona”nın baş məşqçisi İspaniya çempionluğu və Çempionlar Liqasını qazana bilmədikləri üçün istefa verib...
- Doğrudan da “Qarabağ”ı oyun tərzi baxımından, “Qafqazın “Barselona”sı adlandırırlar. Amma bizim Qurban Qurbanovla vidalaşmaq niyyətimiz yoxdur. Onun işləri göz qabağındadır.
 
- Bəs Qurbanovun özü istefa üçün rəhbərliyə müraciət etməyib?
- Xeyr, belə müraciət olmayıb. (Lent.az)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.