15 may 2012 20:52
İnter dörd futbolçu ilə müqavilə imzaladı
“İnter” 4 futbolçu ilə müqavilənin müddətini uzadıb. Azerisport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, Baçana Tsxadadze, İlia Kandelaki, Georgi Lomaya və Samir Zərgərovla müqavilələr yenilənib. Həmçinin “Simurq”da icarə əsasında oynayan Rüstəm Abbasovun da “İnter”ə qayıdacağı gözlənilir.
Paytaxt klubu eyni zamanda komandanı tərk edəcək futbolçuların da adlarını rəsmən açıqlayıb. Belə ki, klub Girt Karlson, Danildo Assioli, Bronislav Çervenka və Enyo Krastovçev ilə vidalaşıb. Bununla bərabər, son yarım il ərzində “Simurq”un heyətində çıxış edən Ruslan Poladov və Dmitri Kramarenko ilə müqavilənin müddəti uzadılmayıb.
Əlavə edək ki, hazırda komandanın müqavilə müddəti başa çatmış digər futbolçularıyla danışıqlar aparılır. Klubu daha bir neçə futbolçunun tərk etməsi istisna olunmur.
