15 may 2012 11:17

Zohair Benuahi: Müqaviləmin sonuna kimi AZAL-dayam

AZAL-ın yarımmüdafiəçisi Zohair Benuahi azerisport.az saytına müsahibəsində komandasının geridə qalan mövsümdəki çıxışını dəyərləndirib.
 
- Mövsüm başa çatdı və komandanız ikinci altılığı lider kimi bitirdi. Çıxışınızla bağlı nə deyə bilərsiz?
- Əlbəttə, ikinci altılıqda oynamaq öncədən istədiyimiz şey deyildi. İkinci altılıqda çıxış edən rəqiblərimizi küsdürmək istəməzdim, amma biz istərdik ki, daha güclü rəqiblərlə də qarşılaşaq. Mən hesab edirəm ki, AZAL biri altılığa düşməyə layiq idi. Klubun hər cür şəraiti var – baza, stadion. Odu ki, gələn mövsüm eyni aqibəti yaşamağa hazırlaşmırıq.
 
- Bu mövsüm AZAL-da həmin uğuru qazanmağa nə mane oldu?
- Fikrimcə, burda bütün xırda problemlərin öz təsiri oldu. Lakin ehtimal ki, daha çox tez-tez edilən baş məşqçi dəyişiklikləri öz sözünü dedi. Bu mövsüm komandamızı dörd məşqçi çalışırdı. Belə olmaz. Əminəm ki, yeni baş məşçqimiz – Vaqif Sadıqovla işlərimiz daha yaxşı gedəcək.
 
- Amma onun rəhbərliyi altındakı ilk oyunlarınızda da istədiyiniz nəticələri qazana bilmədiniz.
- Yeni baş məşqçimiz əla mütəxəssisdi. Təcrübəli məşqçidi, artıq Rusiya çempionatında çalışmağa imkan tapıb, “Anji”də işləyib.
 
- Artıq AZAL-ın Nuqzar Kvirtiya ilə yollarını ayırdığı bəllidi. Eyni zamanda Tales Şützün də gedəcəyi bildirilir. Bu dəyişikliklərə münasibətiniz necədi?
- Burda xüsusi heç nə yoxdu. Futbol həyatı belədi. Bu gün burdasan, sabah başqa yerdə. Yeni baş məşqçi də komandanı fərqli görür. Yəqin ki, o, komandanı öz düşüncələrinə uyğun şəkildə qurmağa çalışır.
 
- Bəs sizi komandada hər şey qane edirmi?
- Bəli, tamamilə. Şadam ki, AZAL-da çıxış edirəm. Burda məni hər şey qane edir. Həm də qeyd etdiyim kimi, yeni baş məşqçimiz də yaxşıdı. Mən ən azı bir il də AZAL-da qalacağam. Çünki müqaviləmin müddəti məhz bir il sonra başa çatacaq.
 
- Növbəti mövsümdə komandadan nə gözləyirsiz?
- Əminəm ki, növbəti mövsümdə biz geridə qalan mövsümdən daha uğurlu çıxış edəcəyik. Fikrimcə, yeni baş məşqçi ilə bizi yeni uğurlar da gözləyir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.