15 may 2012 20:39
Yığmamız məğlubiyyətlə başladı (YENİLƏNİB)
Bu gün 17 yaşadək futbolçulardan ibarət yığmalar arasında Moldovanın Kişinyov şəhərində təşkil olunan “FA of Moldova Cup” turnirinə start verilib. Azerisport.az xəbər verir ki, turnirdə qüvvəsini sınayan Azərbaycan U-17 yığması da ilk matçına çıxıb.
Qeyd edək ki, dairəvi sistemlə keçirilən turnirdə millimizin rəqibləri Rumıniya, Moldova və Bolqarıstandı. Komandamız ilk oyununu bu gün Rumıniyaya qarşı keçirib. Təbriz Həsənovun yetirmələri iki dəfə hesabda önə keçdikləri görüşü məğlub başa vurublar. Yığmamızın qollarını Təyyar Məmmədov və Fəhmin Muradbəyli vurub.
Bu oyunla eyni vaxtda meydan sahibləri Bolqarıstanla münasibətlərinə aydınlıq gətiriblər. Moldovalılar 1:0 hesabıyla üstün olublar.
Komandamız növbəti oyununu mayın 17-də Moldovaya qarşı keçirəcək. Bolqarıstanla qarşılaşma isə ayın 19-da baş tutacaq.
FA of Moldova Cup
15 may
Rumıniya - Azərbaycan - 3:2 (2:2)
Oyun başladı
2. Komandamız elə ilk hücumdaca hesabı açır - 0:1
6. Rumınlar buraxılan qola tez cavab verməyi bacarırlar - 1:1
14. Yığmamız yenidən hesabda önə keçir - 1:2
40. İlk yarının son saniyələrində rumınlar yenə məğlubiyyətdən xilas olmağı bacarırlar - 2:2
Birinci hissə başa çatdı
İkinci hissə başladı
74. Rumınlar hesabda önə keçirlər - 3:2
Matç başa çatdı
