15 may 2012 11:53
Qarabağ daha bir futbolçu ilə yollarını ayırdı
Avropa Liqasına vəsiqə qazana bilməyən “Qarabağ”da yarpaq tökümü davam edir. Azerisport.az xəbər verir, daha bir legioner futbolçu Ağdam klubundan ayrılıb.
Belə ki, qapıçı Boyan Paloviç bundan sonra “Qarabağ”da oynamayacaq. Serb qolkiper artıq Ağdam klubundan ayrılıb. Klub rəhbərliyi ona yeni müqavilə təklifi ilə müraciət etsə də, tərəflər arasında razılıq əldə olunmayıb.
Qeyd edək ki, Pavloviç “Qarabağ”a 2011-ci ildə Serbiyanın “Srvena Zvezda” klubundan keçmşdi. 25 yaşlı qapıçı əvvəllər Serbiyanın “Qrafiçar”, “Palilulak”, “Posavaç”, “Radniçki”, “Bejaniza” və Makedoniyanın eyniadlı klublarında çıxış edib.
Bundan əvvəl “Qarabağ”dan Rəşad Sadiqov “Neftçi”yə, Georgi Adamiya “İnter”ə gedib, Nderim Nedzipi komandadan kənarlaşdırılıb.
