15 may 2012 12:22
Yığmamızın müdafiəçisi İnterlə yollarını ayıra bilər
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Vladimir Levin “İnter”lə yollarını ayıra bilər. Azerisport.az xəbər verir ki, paytaxt klubunun 28 yaşlı milliləşmiş legioneri ilə müqaviləsinin müddəti artıq başa çatıb.
Tərəflərin yeni müqavilə ilə bağlı danışıqları uğursuz alınıb. Levin ona təklif olunan maliyyə şərtləri ilə razı deyil. Bu üzdən də hazırda təcrübəli futbolçu özünə yeni iş yeri axtarır.
Millimizin müdafiəçisinin karyerasını “Bakı” və ya “Xəzər Lənkəran”dan birində davam etdirməsi istisna olunmur. Maraq üçün qeyd edək ki, "İnter"in kapitanı olan Levinin bu komandadan gedişi hələ qışda da gündəmdə idi.
