15 may 2012 00:57
Trabzonsporun futbolçusu yığmadan imtina etdi
Türkiyənin “Trabzonspor” klubunun Fil dişi Sahillindən olan oyunçusu Didye Zokora ölkəsinin milli komandasından imtina edib. Azerisport.az xəbər verir ki, yığmanın qarşıdakı təlim-məşq toplanışına dəvət alan təcrübəli futbolçu millinin düşərgəsinə getməyəcəyini bəyan edib.
Zokora buna əsas səbəb kimi milli karyerasını başa vurmasını göstərib. Artıq bununla bağlı “Trabzonspor”un rəsmi saytı vasitəsilə məlumat da yayılıb.
Məlumatda bildirilir ki, Fil Dişi Sahili yığmasının 26 may-9 iyun aralığındakı üç qarşılaşmasında iştirak etmək üçün Zokoraya rəsmi dəvət göndərilib. Lakin futbolçu milli komandadakı karyerasına son qoyması səbəbindən heyətdə yer almayacağını bəyan edib.
