16 may 2012 13:08
“Parks, Şoliç və Juniorun Neftçiyə qarşı oynamasına ümid var”
“Bakı”nın baş meneceri Zeynal Məmmədov “Neftçi” ilə Azərbaycan kubokunun final matçı öncəsi komandadakı zədəlilərin durumuna toxunub. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Heyətdə zədəli futbolçularımız çoxdu. Həkimlər onların hər birinin vəziyyətini oyun gününə kimi yaxşılaşması üçün əllərindən gələni edəcəklərinə söz veriblər. Uinston Parks, Aleksandr Şoliç, Xavyer Junior hazırda onların nəzarətindədi. Elvin Əliyevlə Maris Verpakovski üçün isə mövsüm artıq başa çatıb. Novruz Məmmədovun da zədəsi və onun final matçına kimi tam sağalması çətin görünür. Ən azı Parks, Şoliç və Juniorun “Neftçi”yə qarşı oynamasına ümid qalır”.