16 may 2012 13:20
Foqts Rəşad Sadıqovu millidə Hannoverin oyunçusu ilə əvəzlədi
Azərbaycan milli komandasının kapitanı, “Qarabağ” klubunun üzvü Rəşad Sadıqov zədəli olduğu üçün millinin mayın 20-dən 31-dək keçiriləcək təlim-məşq toplanışında iştirak etməyəcək. Azerisport.az xəbər verir ki, baş məşqçi Berti Foqts bu üzdən onun adını qarşıdakı toplanış üçün hazırladığı siyahıdan çıxarıb.
Onun digər göstərişi ilə millinin təlim-məşq toplanışına əvvəlcədən ehtiyat futbolçu kimi göstərilmiş Əli Gökdəmir (Hannover 96, Almaniya) dəvət olunub.
Xatırladaq ki, bu toplanış çərçivəsində millimiz mayın 23-də Şizuoka şəhərində Yaponiya, mayın 30-da isə Frankfurt şəhərində Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək.
