16 may 2012 13:46

Zeynal Məmmədov: Bakıya daha güclü futbolçuların transferi gözlənilir

“Bakı”nın baş meneceri Zeynal Məmmədov sabah keçiriləcək “Neftçi” ilə Azərbaycan kubokunun final matçı öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- Final oyununa hazırlıqlar necə gedir?
- Adi qaydada hazırlaşırıq. Bu oyun bizim üçün böyük əhəmiyyət kəsb edir. İndiyə qədər iki dəfə finala çıxıb, hər ikisində qalib gəlmişik. Ona görə “Bakı”nı kubok komandası da adlandırmaq olar. İndi üçüncü dəfə eyni uğuru təkrarlamaq istəyirik. Futbolçular da başa düşürlər ki, kubokun finalında məğlub olsalar, mövsüm boşa verilmiş sayılacaq. Ona görə də qələbə qazanmaq lazımdı.
 
- Avropa Liqasına vəsiqə qazanmağı minimum vəzifənin öhdəsindən gəlmək kimi qəbul etmirsiz?
- Mövsümü titulla başa vurmaq istəyirik. Bir halda ki, çempionatda heç nə alınmadı, bunu kubokda unutdurmaq istəyirik.
 
- Zədəli oyunçularla bağlı vəziyyət nə yerdədi?
- Heyətdə zədəli futbolçularımız çoxdu. Həkimlər onların hər birinin vəziyyətini oyun gününə kimi yaxşılaşması üçün əllərindən gələni edəcəklərinə söz veriblər. Uinston Parks, Aleksandr Şoliç, Xavyer Junior hazırda onların nəzarətindədi. Elvin Əliyevlə Maris Verpakovski üçün isə mövsüm artıq başa çatıb. Novruz Məmmədovun da zədəsi və onun final matçına kimi tam sağalması çətin görünür. Ən azı Parks, Şoliç və Juniorun “Neftçi”yə qarşı oynamasına ümid qalır.
 
- “Neftçi” haqda nə deyərdiz?
- Əla heyətə malik layiqli rəqibdi. Çoxları düşünürdü ki, “Bakı” avrokuboklardan kənarda qalacaq. Amma komanda finala vəsiqə qazanmaqla bu vəzifənin öhdəsindən gəldi. İndi qalır yalnız “Neftçi” üzərində qələbə qazanmaqla avrokuboklara vəsiqəyə layiq olduğumuzu isbatlamaq.
 
- “Ağ-qaralar”ın baş məşqçisi Böyükağa Hacıyev vaxtilə “Bakı”da da işləyib. Bu üzdən final matçını prinsipial saymaq olar?
- Prinsipiallıq yoxdu. Bu, kubokun finalıdı, hər iki komanda qələbə qazanmaq istəyir. Hacıyev vaxtilə “Bakı”nı çalışdırıb, bizim ona hörmətimiz var. Amma buna görə “Bakı” ilə “Neftçi”nin oyunlarını prinsipial adlandırmaq olmaz.

- “Bakı” bu mövsüm penalti zərbələrində inanılmaz uğursuzluq yaşadı. Bu üzdən gözləmək olar ki, kubokun finalında hər şeyi 90 dəqiqə ərzində həll etməyə çalışacaqsız?
- Bu mövsüm çempionatda həqiqətən altı penaltini vura bilmədik. Amma nə qədər qəribə olsa da, kubokda hər şey normaldı. “Rəvan”la “Qarabağ”ı məhz penaltilərlə mübarizədən kənarlaşdırdıq. Finalda da hər şeyi əsas vaxtda həll etməyə çalışacağıq. Penaltilərə qədər gedəcəyi halda isə, bu zərbələri dəqiq yerinə yetirmək lazım gələcək.

- Yəqin ki, rəhbərlik titul qazanacaqları halda futbolçular üçün yaxşı mükafat da hazırlayıb...
- Bu məsələni klubun prezidenti Hafiz Məmmədov həll edir. O, həmişə futbolçuların zəhmətinə lazımı qiyməti verib.
 
- Növbəti mövsüm “Bakı”da hansı dəyişiklikləri görəcəyik?
- Bu mövsüm çempionatda normal çıxış edə bilmədik. Yeni mövsümdə də hədəfimiz çempionluq və kuboku qazanmaq olacaq. “Neftçi” ilə oyundan sonra biz komandadan gedəcək futbolçuların adlarını açıqlayacağıq. Daha güclü futbolçuların transferi gözlənilir. İlk növbədə yerli bazara baxacağıq.
 
- Rauf Əliyev və Əfran İsmayılovla danışıqlar apardığınız haqda xəbərlər doğrudu?
- Rauf Əliyev, Əfran İsmayılov kimi futbolçuları hər bir komanda öz sıralarında görmək istəyər. Eləcə də “Bakı” bunu çox istərdi. Amma onların hazırda “Qarabağ”la müqavilələri var. Buna görə də biz onlara hansısa müraciət etməyə hazırlaşmırıq. Amma ağdamlılar həmin futbolçuları transferə çıxarsalar, onda başqa məsələ.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.