16 may 2012 15:14
Çempionlar Liqasında final matçının baş hakimi açıqlandı
Futbol üzrə Çempionlar Liqasında Almaniyanın “Bayern” və İngiltərənin “Chelsea” komandaları arasında keçiriləcək final matçının baş hakimi müəyyənləşib. Azerisport.az xəbər verir ki, mayın 19-da Almaniyanın Münhen şəhərindəki “Alyans Arena”da təşkil olunacaq həlledici qarşılaşmanı portuqaliyalı referi Pedru Proensaya tapşırılıb.
Karyerasına 1998-ci ildə başlayan Proensa bu mövsüm ÇL-də 5 görüş idarə edib. 41 yaşlı referi 2012-ci il Avropa çempionatına təyinat alan hakimlər siyahısındadır.
Qeyd edək ki, “Bayern” – “Chelsea” matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.
