16 may 2012 16:52
Bahodir Nasimov finalda oynaya biləcək
Azərbaycan çempionu “Neftçi” “Bakı” ilə kubok oyununa hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, həlledici görüş öncəsi “ağ-qaralar”ın düşərgəsində xoş xəbər var.
Belə ki, komandanın aparıcı hücumçusu Bahodir Nasimov sıraya dönüb. Zədədən əziyyət çəkən özbəkistanlı hücumçunun “zolaqlılar”a qarşı forma geyməsi istisna olunmur.
Lakin o, hazırda fərdi proqram üzrə hazırlaşır. Nasimovun finalda iştirakı onun son durumundan asılı olacaq.
