16 may 2012 17:29
Qarabağ hazırlıq planını açıqladı
2011-2012 mövsümünü 4-cü pillədə başa vuran "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov komandanı istirahətə buraxıb. Azerisport.az xəbər verir ki, qarşıdan gələn mövsüm üçün "Qarabağ" iyunun 24-də yenidən bir araya gələcək.
Bir həftəlik Bakı toplanışından sonra komanda ölkə xaricinə təlim-məşq toplanışına yollanacaq. Məlumatı klubun rəsmi saytı yayıb.
