16 may 2012 19:08
Araz Neftçini qızıl oyunda darmadağın edib, çempion oldu
Bu gün ABU Arena-da futzal üzrə Azərbaycan çempionatının yüksək liqasının qalibinin müəyyənləşdirilməsi məqsədilə “qızıl oyun” keçirilib. Azerisport.az xəbər verir ki, həlledici oyunda “Araz”la “Neftçi” İSM komandaları qarşılaşıb.
İkidi də 58 xala malik olan tərəflərdən qalib gələni Azərbaycan çempionu adını qazanacaqdı. “Araz” prinsipial qarşılaşmada inamlı qələbə sayəsində çempionluq titulunu özündə saxlamağı bacarıb.
ARAZ – NEFTÇİ İSM - 8:2 (4:1)
Renatinyo, 3 (1:0), Fərid Atakişiyev, 5 (1:1), Jadder Dantas, 8 (2:1), 38, (7:2), 40 (8:2), Felipe, 17 (3:1), Namiq Məmmədkərimov, 20 (4:1), 27 (5:1), Vitali Borisov, 35 (6:1), İlkin Hacıyev, 36 (6:2).
