16 may 2012 19:20
Bakı futbol klubu müsabiqə elanl etdi
"Bakı futbol klubu Azərbaycan Kubokunu final oyunundan çəkilən "Ən uğurlu foto" müsabiqəsi elan edir. Azerisport.az xəbər verir ki, 17 may 2012-ci il tarixində "Dalğa Arena"da baş tutacaq final oyununda çəkilən ən yaxşı fotolar 3 nominasiya üzrə seçiləcək:
- Ən uğurlu foto (oyun epizodu, seriya fotolar)
- Ən yaxşı azarkeş fotosu (fanat qrupları və ya fərdlərinin rəsimləri)
- Günün fotosu (ən aktual foto)
Bir nominasiya üzrə bir neçə foto seçilə bilər. Seçim nüfuzlu münsiflər heyəti tərəfindən aparılacaq. Konkursun qalibləri klub tərəfindən xüsusi mükafat qazanacaqlar.
