17 may 2012 00:02

Dalğa Arenada kubok savaşı

Bu gün futbol üzrə Azərbaycan kubokunun yeni sahibi müəyyənləşəcək. Azerisport.az xəbər verir ki, ölkə kubokunun 20-ci ilində futbolumuzun flaqmanı hesab olunan “Neftçi” “Bakı” ilə üz-üzə gələcək.
 
Maraqlıdı ki, paytaxt klubları indiyədək bu yarışda üz-üzə gəlməyiblər. Kubokun 20 illik tarixi ərzində 402 müxtəlif cüt bir-biri ilə qarşılaşsa da, bu cütlər arasında “Neftçi” – “Bakı” oyunu yoxdu. Bu gün baş tutacaq final Azərbaycan kubokunun 20-ci həlledici qarşılaşması olacaq. İndiyə qədər “Neftçi” 6, “Bakı” 2 dəfə final oynayıb. “Ağ-qaralar” həmin finallardan birində uduzsa da 5 qat kubok sahibi olmaqla rekordçudu. “Bakı” isə finala çıxdığı hər iki görüşdə qələbə qazanıb və bu klubu hətta kubok komandası adlandıranlar da var.
 
Lakin şübhəsiz ki, bu dəfəki oyunda necə olacağını 90 dəqiqənin tamamı göstərəcək. Həlledici görüş öncəsi hər iki komandada itkilər var. Bu baxımdan xüsusilə “Bakı”nın problemləri daha çoxdu. Məsələ burasındadı ki, artıq müdafiəçi Elvin Əliyevin, Novruz Məmmədovun, eləcə də hücumçu Maris Verpakovskinin finalda çıxış etməyəcəyi dəqiqdi. Bunlar azmış kimi, paytaxtın eyni adlı klubunun düşərgəsində Uinston Parks, Aleksandr Şoliç və Xavyer Juniorla da bağlı vəziyyət ürəkaçan deyil. Zədələrini tam sağaltmayan bu oyunçulardan hansının meydana çıxacağı son anda dəqiqləşəcək. “Neftçi”də isə Bahodir Nasimov zədədən yenicə dönüb və tam hazır olmadığından matçda iştirakı sual altındadı.
 
Bütün bunlara rəğmən, final matçının gərgin mübarizə şəraitində keçəcəyini indidən söyləmək olar. Məsələ burasındadı ki, başa çatan mövsümdə Premyer Liqanın qızıl medallarına sahib çıxan “Neftçi” kuboku da qazanmaqla “qızıl dubl”a imza atmaq istəyir. Artıq çempionluğunu təmin etməsi və Çempionlar Liqasına vəsiqə qazanmasını “Neftçi” üçün müxtəlif cür yozanlar var. Belə ki, bəziləri bu amilin onların kubok görüşünə motivasiyasız çıxmasına səbəb olacağını düşünür. Əksinə olacağını – çempionluğun futbolçuları daha da ruhlandırdığını güman edənlər də var.
 
“Bakı”da isə vəziyyət fərqlidi. “Zolaqlılar” Premyer Liqanı ilk altılığın son pilləsində başa vurdular. Bu üzdən təbii ki, əhval-ruhiyyə o qədər də yaxşı sayıla bilməz. Amma məhz kubokun finalına çıxmaqla avrokuboklara vəsiqəni rəsmiləşdirən Novruz Əzimovun komandası indi də mövsümü titulla bitirməklə xilas etmək istəyir. Bu baxımdan gözləmək olar ki, “Bakı”nın kubokun finalında qələbə istəyi rəqibinə nisbətən daha çox olsun.
 
Maraq üçün qeyd edək ki, paytaxt təmsilçiləri kubokdan fərqli Azərbaycan çempionatında kifayət qədər görüşüblər. Burada “Neftçi” müxtəlif adlar altında çıxış edən rəqibi ilə 38 dəfə görüşüb. Bunların 23-də “ağ-qaralar”, 8-də “zolaqlılar” qalib gəlibsə, 7 dəfə isə heç-heçə qeydə alınıb. Top fərqində də “Neftçi” öndədi – 57:30.
 
Kubokun final matçının ilk dəfə “Dalğa Arena”da keçiriləcəyini də xüsusi vurğulayaq. İndiyədək yalnız 3 stadion həlledici qarşılaşmaya ev sahibliyi etmişdi. Bunlar Tofiq Bəhramov adına Respublika stadionu, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu və “Şəfa” stadionu idi. Yeni arena bu siyahıda 4-cü olacaq.
 
Sonda onu da bildirək ki, Azərbaycan kubokunun final oyunları tarixində 3-cü dəfə həlledici görüşdə eyni şəhərin 2 komandası qarşılaşacaq. Əvvəlki hər 2 halda Bakı təmsilçiləri finalda oynayıb. “Neftçi” və “Bakı” arasındakı paytaxt derbisinə qədər 2001 və 2005-ci illərdə də bakılıların finalı olub. 2000/01 mövsümündə “Neftçi” “Şəfa”ya uduzubsa, 4 il sonra “Bakı” “İnter”i məğlub edib. Maraqlıdır ki, hər 2 derbi eyni hesabla başa çatıb – 2:1.
 
Azərbaycan kuboku
Final
17 may (cümə axşamı)
 
20:00. NEFTÇİ - BAKI
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. Dalğa Arena.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.