17 may 2012 22:01
Azərbaycan kubokunu Bakı qazandı (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycan kubokunun yeni sahibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, ölkə kubokunun 20-ci ilində futbolumuzun flaqmanı hesab olunan “Neftçi” “Bakı” ilə üz-üzə gəlib.
Nə qədər qəribə olsa da, paytaxt klubları indiyədək bu yarışda üz-üzə gəlməmişdilər. Kubokun 20 illik tarixi ərzində 402 müxtəlif cüt bir-biri ilə qarşılaşsa da, bu cütlər arasında “Neftçi” – “Bakı” oyunu yox idi. Bu final Azərbaycan kubokunun 20-ci həlledici qarşılaşması oldu. Bu yubilyey qarşılaşmada qələbə "zolaqlılar"a qismət olub.
Maraq üçün xatırladaq ki, bundan öncə “Neftçi” 6, “Bakı” 2 dəfə final oynamışdı. “Ağ-qaralar” həmin finallardan birində uduzsa da, 5 qat kubok sahibi olmaqla rekordçudu. “Bakı” isə finala çıxdığı hər iki görüşdə qələbə qazanmışdı. Maraqlıdı ki, bu komanda üçüncü dəfə də eyni uğuru təkrarlamağı bacardı.
Azərbaycan kuboku
Final
17 may (cümə axşamı)
NEFTÇİ - BAKI - 0:2 (0:2)
Qol: Koke, 8 (0:1), Junior, 28 (0:2)
Hakimlər: Əliyar Ağayev, Elman Musayev, Mehman Mahmudov, Fariz Yusifov.
Bakı. Dalğa Arena.
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 2. Rail Məlikov, 3. Denis Silva, 5. İqor Mitreski, 6. Slavço Georgiyevski, 9. Flavinyo, 15. Ruslan Abışov, 18. Ruslan Əmircanov, 19. Mirhüseyn Seyidov, 22. Fərid Quliyev, 27. Rəşad Abdullayev.
Ehtiyat oyunçular: 1. Rauf Mehdiyev, 8. Elşən Abdullayev, 11. Cavid Hüseynov, 14. Bahodir Nasimov, 16. Alessandro da Silva, 25. Cavid İmamverdiyev, 32. Elvin Yunuszadə.
BAKI: 15. Aqil Məmmədov, 3. Denis İvanov, 6. İbrahim Karqbo, 7. Deyvidas Çesnauski, 8. Xavyer Juinor, 15. Cəmşid Məhərrəmov, 20. Elşad Manafov, 24. Nenad Kovaçeviç, 36. Uinston Parks, 77. Aleksandr Şoliç, 98. Koke.
Ehtiyat oyunçular: 1. Marko Şarliya, 4. Vadim Boret, 11. Elvin Məmmədov, 19. Nurlan Novruzov, 21. Novruz Məmmədov, 32. Aleksey Savinov, 99. Rəhman Hacıyev.
Ehtiyat oyunçular: 1. Marko Şarliya, 4. Vadim Boret, 11. Elvin Məmmədov, 19. Nurlan Novruzov, 21. Novruz Məmmədov, 32. Aleksey Savinov, 99. Rəhman Hacıyev.
Oyun başladı
2. "Neftçi" oyuna daha fəal başlayıb
2. İlk təhükəli hücum da "ağ-qaralar"dan gəldi: Fəridin ötürməsini Flavinyo qapıya göndərə bilmir
5. İlk korneri də "Neftçi" yerinə yetirir: müdafiəçilər topu uzaqlaşdırırlar
7. R.Abdullayevin uzaq məsafədən cərimə zərbəsi qapı tirindən qayıdır
8. "Neftçi"nin qapısı qarşısında yaranan qarışıqlıq zamanı Koke dəqiq zərbə ilə hesabı açır - 0:1
11. "Bakı" qoldan sonra da hücumlarını davam etdirir
12. "Bakı" korner yerinə yetirir: Stamenkoviç topu uzaqlaşdırır
17. Railin zərbəsi qapının üstündən keçir
20. "Bakı" qoldan sonra əsas diqqəti müdafiəyə yönəldib və əks-hücumlar üçün fürsət axtarır.
21. Topa daha çox nəzarət edən "Neftçi" isə hələ ki, rəqib müdafiəsini yara bilmir
24. Fəridin uzaqdan zərbəsi qapıdan yan keçir
26. Railin qapı qarşısına təhlükəli ötürməsini A.Məmmədov tutur
28. Juniordan çox möhtəşəm bir qol! O, Stamenkoviçin azca öndə olduğunu görüb topu təxminən 30 metrdən birbaşa uzaq doqquzluğa ünvanladı - 0:2
30. Abışovun baş zərbəsi təhlükəli olsa da, hədəfdən yan keçir
32. "Neftçi"nin təhlükəli hücumu qolla nəticələnmir
33. Juniorun daha bir təhlükəli zərbəsini qapıçı tutur
35. Parks adi vəziyyətdə zədələnir və həkimlər ona ilkin yardım göstərirlər
37. Fəridin növbəti zərbəsi yenə qapının üstündən keçir
39. Railin asmasını Fərid başla qapıya ünvanlasa da, dəqiq olmur
40. "Bakı"nın korner vuruşunun qarşısını Stamenkoviç alır
44. Juniorla Şoliç əla paslaşaraq cərimə meydançasına daxil olurlar və sonuncunun zərbəsini Saşa kornerə çıxarır
45. "Bakı"nın daha bir korneri uğursuz başa çatır
45. İlk yarının əsas vaxtına 2 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. "Neftçi" ikinci yarıya dəyişikliklə başlayır: Slavçonu C.İmamverdiyev əvəzləyir
47. "Neftçi" az qala fərqi azaldacaqdı. Lakin təhlükəli hücum bu komandaya sadəcə korner qazandırır. Korner zamanı isə Denisin zərbəsi qapıdan yan keçir
49. "Ağ-qaralar"ın daha bir korneri zamanı yenə Denis qapıya zərbə endirir, amma hədəfə düşə bilmir
53. Hələ ilk yarıdan bəri zədəli halda mübarizə aparan Parks nəhayət ki, Nurlan Novruzovla əvəzlənir
56. R.Abışov oyunda ilk sarı vərəqənin müəllifi olur
56. Kovaçeviçin uzaqdan zərbəsini qapıçı tutur
57. Abışovun zərbəsi qapıdan azacıq yan keçir
59. F.Quliyevin əvəzində meydana C.Hüseynov daxil olur
60. Denis Silva sarı vərəqə ilə cəzalanır
61. "Bakı"nın korneri zamanı rəqib müdafiəçilər topu uzaqlaşdırırlar
62. R.Abdullayevin zərbəsini A.Məmmədov tutur
64. "Neftçi" korner zamanı qol vurmağa yaxın olsa da, Flavinyo yaxın məsafədən qapını dəqiq nişan ala bilmir
65. M.Seyidovun yerinə meydana B.Nasimov çıxır
70. "Neftçi" "Bakı"nı tam olaraq müdafiəyə sıxışdırsa da, hücumları o qədər də kəsərli alınmır
70. Şoliçin çox təhlükəli zərbəsini Stamenkoviç dəf edə bilir
75. "Bakı" üçüncü qolu vurmağa yaxın olsa da, Çesnauski yaxın məsafədən qapıya dəqiq zərbə endirə bilmir
78. Nasimovun möhtəşəm zərbəsini Aqil eyni gözəlliklə geri qaytarır
81. D.Silva ikinci sarı - qırmızı vərəqə ilə meydandan qovulur
86. C.Məhərrəmov sarı vərəqə ilə cəzalanır
87. Kokenin əvəzində meydana E.Məmmədov çıxır
90. Matçın əsas vaxtına 4 dəqiqə əlavə olunur
90+2. C.İmamverdiyevin zərbəsini qapıçı tutur
90+3. E.Məmmədovun zərbəsi qapıdan yan keçir
90+3. Şoliçin əvəzində meydana N.Məmmədov çıxır
Matç başa çatdı
