16 may 2012 11:19
Əfran İsmayılov: İlk altılığın demək olar ki, bütün klublarından dəvət almışam
“Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov azerisport.az saytına müsahibəsində geridə qalan mövsümdəki çıxışlarını dəyərləndirib, Avropa Liqasına vəsiqə qazana bilməmələrinə toxunub, eləcə də gedən oyunçulardan danışıb.
- “Qarabağ” avrokuboklarda üç illik uğurlu çıxışının ardından bu il ölkədən kənara çıxmaq şansı qazanmadı...
- Düzünü deyim ki, bu, bir qədər gözlənilməz oldu. Çox təəssüf ki, Avropa Liqasından kənarda qaldıq. Amma bu, hər bir komandanın başına gələ bilər. İndi bizə sadəcə növbəti mövsümə hazırlaşmaq qalır.
- Siz “Xəzər Lənkəran”la son oyun da daxil olmaqla komandanızın bir neçə görüşünü buraxmalı oldunuz. Sizcə, “Qarabağ”da bu oyunlarda nə çatışmırdı?
- Üzərimizdə böyük psixoloji təsir var idi. Yorğunluq da öz sözünü deyirdi. “Xəzər Lənkəran”la oyuna gəlincə, belə məğlubiyyəti heç birimiz gözləmirdik. Əlbəttə, rəqibin güclü olmasını da qeyd etmək lazımdı.

- İndi digər klublarımızın çıxışını kənardan izləmək necədi?
- Şübhəsiz ki, mən də avrokuboklarda çıxış etməyi çox istərdim. Ordakı atmosfer, ordakı rəqiblər, səviyyə çempionatla müqayisə oluna bilməz. Amma nə etmək olar? Bircə klublarımızın hamısına avrokuboklarda uğurlar arzulamaq qalır.

- Digər tərəfdən nəhayət “Qarabağ” istirahət imkanı qazanmış oldu...
- Bəli, elədi ki, var. Əlbəttə, üç il fasiləsiz olaraq çıxış etmək futbolçulara təsirini göstərməyə bilməzdi. İndi bizim yaxşıca istirahət etmək şansımız var. Özümüzə gəlib, növbəti mövsümə hazırlaşacağıq.
- Son günlər “Qarabağ”ı tərk edəcəyinizə dair çoxlu xəbərlər yayılmaqdadı...
- Xeyr. Mən heç bir yerə getmirəm. Digər klublardan təkliflər var idi. Amma mənim “Qarabağ”la müqaviləm var. Anlaşmamızın müddətinin bitiminə hələ 1 il var.
- Bəs konkret hansı klublar sizə təklif ünvanlayıb?
- Demək olar ki, ilk altılıqda çıxış edən bütün klublar.
- Demək olar ki, ilk altılıqda çıxış edən bütün klublar.
- Qarşıdakı planlarınız nədən ibarətdi?
- Mayın 16-da İstanbula yola düşürəm. Orda zədəmin müalicəsini davam etdirəcəm.
- Mayın 16-da İstanbula yola düşürəm. Orda zədəmin müalicəsini davam etdirəcəm.
- Rəşad Sadiqov, Georgi Adamiya, Nderim Nedzipi və Boyan Pavloviç artıq komandadan gedib. Bu haqda nə deyərdiz?
- Nderim yaxşı futbolçudu. Amma o, əsas heyətdə çox nadir hallarda yer ala bilirdi. Bu üzdən də onun getməsi təəccüblü olmadı. Amma Sadiqovla Adamiyanın gedişi bir qədər gözlənilməz alındı. Daha çox Rəşadın gedişinə təəssüflənirəm. Çünki onunla meydanda anlaşmaq daha asan idi. Şəxsən mən onların hər birinə uğurlar arzulayıram.

- Qarşıda yığmamızın Yaponiya və Andorra ilə yoldaşlıq oyunları da var ki, bu görüşləri zədə səbəbindən buraxmalı olacaqsız...
- Yaponiya ilə oynayacağımızı eşidəndə mən bir qədər təəccüblənmişdim. Düzdü, istərdik ki, Türkiyə, Almaniya kimi rəqiblərə qarşı oynayaq. Amma Yaponiya kifayət qədər güclü rəqibdi. Heyətində çoxlu tanınmış legionerlər çıxış edir. Fikrimcə, bu oyun şans qazanacaq futbolçularımız üçün əsl təcrübə olacaq.