16 may 2012 11:52

1832 günlük həsrətə son və ya ənənəyə davam

Premyer Liqanın 32-ci turunda “Qarabağ”ı 4:1 hesabı ilə məğlub edən “Xəzər Lənkəran” 2011/12 mövsümünün final mərhələsində ilk böyükhesablı qələbəsini qazandı. Azerisport.az xəbər verir ki, bununla da komanda öz ənənəsinə sadiq qalıb. Belə ki, ardıcıl 3-cü dəfə altılıq prinsipi ilə keçirilən çempionatların hər final mərhələsində 1 belə qələbə əldə olunub.
 
2009/10 mövsümünün XXIII turunda “Qəbələ”, 2010/11 mövsümünün XXVIII turunda isə AZAL böyükhesablı məğlubiyyətə məruz qalmışdı – müvafiq olaraq 4:1 və 3:0. Hər mövsümün final mərhələsində 1 belə uğuru olan “Xəzər Lənkəran” ümumilikdə son böyükhesablı qələbəsini 69 gün əvvəl qazanmışdı. Martın 3-də baş tutan təsnifat mərhələsinin son oyununda “Sumqayıt” 3:0 hesabı ilə məğlub edilmişdi.
 
Bu, komandanın tarixində 48-ci, daxili yarışlarda isə 47-ci belə qələbədir. Bu qələbələrin 6-sı cari mövsümə təsadüf edir – 5-i Premyer Liqa, 1-i kubok.
 
Ümumilikdə isə “Xəzər Lənkəran”ın tarixində ölkə çempionatında 36, kubokunda 11 belə qələbə var. Premyer Liqada çıxış etdiyi 8 mövsüm ərzində “Xəzər Lənkəran” hər çempionatda ən azı 1 dəfə buna nail olub.
2004/05 – 8
2005/06 – 1
2006/07 – 6
2007/08 – 5
2008/09 – 5
2009/10 - 4
2010/11 – 2
2011/12 - 5
Cəmi - 36
 
Azərbaycan kubokunda isə 2004/05, 2009/10 və 2010/11 mövsümlərində darmadağın sevinci yaşanmayıb.
2005/06 – 2
2006/07 – 3
2007/08 – 3
2008/09 – 2
2011/12 – 1
Cəmi – 11
 
Komandanın daha bir darmadağını 2008-ci ildə keçirilən “Birlik kuboku”nda qeydə alınıb. Həmin vaxt Litva çempionu “Kaunas” darmadağın edilib – 3:0.
 
İndiyədək 26 rəqibini böyük hesabla məğlub edən “Xəzər Lənkəran” tarixində 3-cü dəfə “Qarabağ”ı 3 top fərqi ilə yendi. Maraqlıdı ki, digər 2 oyun da indiki kimi may ayına təsadüf edib. 2005-ci il ayın 15-də 3:0, 2 il sonra mayın 7-də isə 4:1 hesabları qeydə alınmışdı. Bu isə o deməkdir ki, “Qarabağ” 1832 gündən sonra “Xəzər Lənkəran”a böyük hesabla uduzdu. Ağdam təmsilçisi ən azı 3 dəfə belə yendiyimiz 7-ci komanda oldu.
“Gənclərbirliyi” – 6
“Bakı”, “Bakılı”, MOİK, “Muğan”, “Qəbələ” , “Qarabağ” - 3
AZAL, “Masallı”, “Şahdağ”, “Şərur”, “Turan” - 2
ABN, “Ədliyyə”, “Göyəzən”, “Karat”, “İnter-2”, “Karvan”, “Kəpəz”, “MKT-Araz”, “Qaradağ-Lökbatan”, “Şəmkir”, “Simurq”, “Standard”, “Sumqayıt”, “Kaunas” (Litva) – 1
 
“Xəzər Lənkəran”ın baş məşqçisi postunda ilk dəfə böyük hesablı qələbənin sevincini yaşayan Yunis Hüseynov yeni komandasıyla buna nail olan 8-ci mütəxəssis oldu.
 
1. Ağasəlim Mircavadov - 22 (çempionatda 16 + kubokda 5 + “Birlik kuboku”nda 1)
2. Rasim Kara – 12 (10+2)
3. Mirça Rednik – 4 (3+1)
4-5.İqor Ponomaryov – 3 (3+0)
       Cüneyt Biçer – 3 (3+0)
6. Nazim Süleymanov – 2 (0+2)
7-8. Viktor Pasulko və Yunis Hüseynov – hər ikisi 1 (1+0)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.