16 may 2012 00:02
Millimizin baş məşqçisi yenə hakimlikdən şikayətləndi
“FA of Moldova Cup” turnirində 17 yaşadək futbolçulardan ibarət Rumıniya və Azərbaycan yığmaları arasında keçirilmiş oyundan sonra yığmamızın baş məşqçisi Təbriz Həsənov fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, komandamızın 2:3 hesabıyla uduzduğu görüşü belə şərh edib:
“Məğlub olsaq da, hesab edirəm ki, rəqibimizdən üstün oynadıq. Əlbəttə, buraxdığımız qollarda müəyyən səhvlərə yol verdik. Bununla belə, Rumıniya yığmasından pis təsir bağışlamadıq. Hər nə qədər hakimlik barədə fikir bildirmək istəməsəm də, bəzi məsələləri qeyd etməmək olmur. Bu gün tam qaydalar çərçivəsində vurulmuş 1 qolumuz hesaba alınmadı. Üstəlik, Rumıniya yığmasının qapısına penalti təyin olunmalı epizodda hakimin fiti susdu”.
