16 may 2012 00:18

Rəşad Sadıqov: Növbəti mövsümün ilk turundan çempionluğa köklənəcəyik

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Premyer Liqanın son turunun “Xəzər Lənkəran”la oyununda aldığı zədədən, komandasının avrokuboklara düşə bilməməsindən, eləcə də yığmamızın Andorra və Yaponiyaya qarşı keçirəcəyi oyunlardan danışıb. Azerisport.az saytına müsahibəsində o, öncə bunları dilə gətirib:

“Həkimlər mənə 4-5 həftəlik istirahət yazıblar. Ən yaxşı halda 20 gün sonra məşqlərə başlaya bilərəm. Son dövrlər zəbə baxımından bəxtim heç gətirmir. Yadınızdadırsa, ötən ilin sonunda da hamı istirahət edəndə mən əməliyyat stoluna uzanmaq məcburiyyətində qalmışdım. İndi yenə oxşar ssenaridi – hamı istirahətdə, mən müalicə olunuram”.
 
Yığmamızın müdafiəçisi bu üzdən qarşıdakı Yaponiya və Andorra ilə yoldaşlıq görüşlərini də buraxmalı olacaq: “Yaponiya və Andorraya qarşı oynamayacağıma görə çox məyus oluram. Əgər DÇ-2014-ün startına yarım ildən çox vaxt qalsaydı, zədəmə görə bu qədər narahat olmazdım. Amma belə vaxt çox azdı. Bu yoldaşlıq oyunları da sentyabrda start götürəcək yeni tsikl öncəsi çox vacib əhəmiyyət daşıyırdı. Təəssüfləndirici daha bir məqam da var ki, 80 matçlıq milli karyeramı daha da zənginləşdirmək fürsətini qaçırmış olacağam”.
 
“Qarabağ”ın geridə qalan mövsümdəki çıxışını dəyərləndirən təcrübəli müdafiəçi komandasının dördüncü pilləni tutmasını pis nəticə hesab etmədiyini vurğulayıb: “Sadəcə, bizim avrokuboklara düşə bilməməyimiz uğursuzluq sayıla bilər. Lakin “Qarabağ” artıq başa düşməlidi ki, çempionat qışda yox, mövsümün ilk turundan etibarən başlayır. Biz avrokuboklardakı çıxışımızdan sonra həmişə mövsümə yorğun başlayırdıq və komanda özünə yalnız qış fasiləsindən sonra gələ bilirdi”.
 
Avrokuboklara düşə bilməmələrinə toxunan Sadıqov bu amilin onların xeyrinə olacağını da bildirir: “Əlbəttə, istəməzdim ki, avrokuboklardan kənar qalaq. Amma bu fasilə bizə çempionluğu da qazandıra bilər. Çünki indi yaxşıca istirahət etmək imkanımız var. Ardından gücümüzü tam toplayaraq yeni mövsümə yaxşı hazırlaşa biləcəyik. Növbəti mövsümdə isə ilk turdan etibarən qızıl medalları qazanmağa köklənəcəyik”.
 
Komandasının transfer siyasətinə də toxunan Sadıqov bunları söyləyib: “Kimləri yola salmaq, kimləri almaq lazım olduğunu rəhbərlik, məşqçilər korpusu daha yaxşı bilər. Şübhəsiz ki, mən də komandada dəyişikliklərə ehtiyac olduğunu hesab edirəm. Buna baxmayaraq, mən də istəməzdim ki, Rəşad Sadiqovla Georgi Adamiya komandadan getsin. Fikrimcə, transfer pəncərəsi dövründə yaxşı futbolçu tapmaq çox çətin olacaq. Çünki elələrinin hamısının klublarıyla müqavilələri var. Yəqin ki, xarici bazara üz tutmaq lazım gələcək”.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.