16 may 2012 12:36
Kubokun finalına təyinatlar açıqlandı
Futbol üzrə 2011/2012-ci il mövsümü Azərbaycan kubokunun final oyununa təyinatlar açıqlanıb. Azerisport.az xəbər verir ki, hələlik AFFA nümayəndəsi və hakim-inspektorun kimliyi bəllidi.
Hakim təyinatları isə oyun günü – sabah açıqlanacaq. Açıqlanan təyinatlara gəlincə, həlledici görüşün AFFA nümayəndəsi Ramiz Mustafayev, hakim-inspektoru isə Məlik Həsənov təyin olunub.
Azərbaycan kuboku
Final
17 may (cümə axşamı)
Neftçi - Bakı
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. Dalğa Arena. Saat 20:00.
