17 may 2012 12:57
“Vobay bizim futbolçudu və heç nədən qorxumuz yoxdu”
“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov “Xəzər Lənkəran”dan transfer etmək istədikləri Julius Vobayla bağlı yaranan qalmaqala münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, Lənkəran klubunun bu futbolçuya görə FİFA-ya şikayət ünvanlamasına dair bunları dilə gətirib:
“Bizim başqa klublarla heç bir problemimiz yoxdu. Əgər “Xəzər Lənkəran”la Vobayın probeli varsa, bunu özləri həll etməlidilər. “Neftçi” hər şeyi beynəlxalq futbol qaydalarına uyğun şəkildə edib. Vobay buna qədər Misirdə də oynayıb və biz FİFA-dan bu transferə icazə verən beynəlxalq sertifikat da almışıq. Vobay bizim futbolçudu və heç nədən qorxumuz yoxdu”.