17 may 2012 01:06
“Bakının finalda daha çox nəyisə göstərməyə ehtiyacı var, nəinki Neftçinin”
Azərbaycan kubokunun ikiqat qalibi, hazırda “Turan”ın baş məşqçisi postunda çalışan Əsgər Abdullayev “Neftçi” ilə “Bakı” arasındakı final oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Final oyunu öncəsi futbolçuların və məşqçilərin fikirləri ilə tanış olmuşam. Məşqçilər böyük hədəflərdən danışırlar. Hər iki komanda qələbə qazanmaq istəyir. Şübhəsiz ki, bizi çox maraqlı oyun gözləyir. Həm “Neftçi”nin, həm də “Bakı”nın əla heyəti var. Bir-birinə layiqli rəqibdilər. Amma mənə elə gəlir ki, bu oyunda “Bakı”nın daha çox nəyisə göstərməyə ehtiyacı var, nəinki “Neftçi”nin. Çünki onlar Avropa Liqasına vəsiqə qazanıblar. İndi kuboku qazanmaqla buna layiq olduqlarını isbatlamaq istəyəcəklər. Əminəm ki, həm bu, həm də digər komanda görüşün taleyini əsas vaxtda həll etməyə çalışacaq. Penalti lotereyadı. Buna psixoloji cəhətdən hazır olmaq lazımdı. “Bakı” bu mövsüm altı penaltini vura bilmədiyi halda, kubokda “Rəvan”la “Qarabağ”ı məhz oyunsonrası penaltilərlə mübarizədən kənarlaşdırdı. Hər iki komandanın öz liderləri var. Mən Flavinyo və Parks qarşıdurmasını gözləyirəm. Təəssüf ki, finalda Bahodir Nasimov oynamayacaq. Onun yoxluğu “Neftçi”nin oyununa təsir edə bilər”.

Əsgər Abdullayev “Bakı”nı çalışdıran Novruz Əzimovun bu postdakı taleyinə də toxunub: “Mən hesab edirəm ki, “Bakı” onun rəhbərliyi altında son dövrlər ən yaxşı oyununu sərgiləyir. Onun rəhbərliyi altında komanda avrokuboklara da vəsiqə qazandı. Mən onun bu postda qalmasını istərdim. Amma klubun daxili işlərinə qarışa bilmərəm”.