18 may 2012 18:48
Millimizin forvardı növbəti qələbəsinə sevindi (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vüqar Əsgərov Latviya çempionatında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, o, ölkə çempionatının 11-ci turu çərçivəsində “Jūrmala” ilə görüşün iştirakçısı olub.
Qarşılaşma rəqib meydanında keçirilib. Buna baxmayaraq, liepayalılar çətin səfər matçından qələbəylə ayrılmağı bacarıblar.
Qeyd edək ki, Liepaya klubu hazırda 9 oyundan sonra 16 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb və ehtiyatda iki oyunu var.
Bu oyunda Vüqarın da meydana çıxması istisna olunmurdu. Lakin millimizin üzvü yalnız 90+1-ci dəqiqədə görüşdə hər iki qolun müəllifi olan Vladimir Kameşi əvzləyib.
Latviya çempionatı
11-ci tur
17 may
Jūrmala - Metallurg - 0:2
