17 may 2012 20:40
Millimiz meydan sahibləri ilə sülh bağladı (YENİLƏNİB)
17 yaşadək futbolçulardan ibarət yığmalar arasında Moldovanın Kişinyov şəhərində təşkil olunan “FA of Moldova Cup” turniri davam edir. Azerisport.az xəbər verir ki, Azərbaycan U-17 yığmasının da qüvvəsini sınadığı turnirdə bu gün növbəti oyunlar keçirilib.
Qeyd edək ki, dairəvi sistemlə keçirilən turnirdə millimizin rəqibləri Rumıniya, Moldova və Bolqarıstandı. Komandamız ilk oyununu Rumıniyaya qarşı keçirib və məğlub olmuşdu – 2:3. Təbriz Həsənovun yetirmələri ikinci oyunda meydan sahibləri Moldova ilə qarşılaşıblar. Tərəflərin bütün səylərinə rəğmən, görüşdə hesab açılmayıb.
Bu oyunla eyni vaxtda Rumıniya da Bolqarıstanla münasibətlərinə aydınlıq gətirib. Rumınlar bu oyunda da 2:0 hesabıyla üstün olublar.
Komandamız son oyununu mayın 19-da Bolqarıstana qarşı keçirəcək.
FA of Moldova Cup
17 may
Moldova - Azərbaycan - 0:0
Oyun başladı
İlk yarıda qapılara yol tapmaq mümkün olmur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Komandaların çoxsaylı cəhdləri yenə fayda vermir
Matç qolsuz başa çatır
