17 may 2012 14:15
Hollandiya Avropa çempionu oldu
Slovakiyada düzənlənən 17 yaşlı futbolçulardan ibarət yığmalar arasındakı Avropa çempionatı başa çatıb. Azerisport.az xəbər verir ki, turnirin həlledici oyununda Almaniya ilə Hollandiya qarşılaşıb.
Matçda hesabı almanlar açıblar. 45-ci dəqiqədə Leon Qoretska Almaniyanı hesabda önə keçirib. Amma matça əlavə olunmuş vaxtda - 80+1-də Elton Akolatsenin vurduğu cavab qolu hollandlara həyat verib. Beləcə, qarşılaşmanın əsas vaxtı 1:1 tamamlanıb.
Qalibi müəyyənləşdirmək üçün sonda penaltilərə ehtiyac duyulub. Penaltilərdə rəqibinə 5:4 hesabıyla qalib gələn Hollandiya çempionluğunu rəsmiləşdirib. Bu, hollandların ardıcıl olaraq ikinci qitə çempionluğudu. Bu komanda ötən Avropa çempionatında da bütün rəqiblərindən güclü olmuşdu.
