17 may 2012 14:21
Emin Mahmudov Azərbaycan klublarından imtina etdi
Azərbaycan əsilli futbolçu Emin Mahmudov klublarımızın təklifindən imtina edib. Azerisport.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Mahmudov avrokuboklarda mübarizə aparacaq Azərbaycan klublarından təklif alıb.
Lakin həmyerlimiz bu təklifdən imtina edib. Belə ki, o, “Spartak”a qayıtmağa üstünlük verib. Mövsümün ikinci yarısını icarə əsasında “Tom”da keçirən azərbaycanlı oyunçu yenidən müqaviləylə məxsus olduğu Moskva klubuna qayıdıb.
