17 may 2012 14:39
Arif Əsədov: Neftçiylə Bakıya əlavə motivasiya lazım deyil
“Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədov bu gün baş tutacaq Azərbaycan kubokunun final matçı öncəsi fikirlərini açıqlayıb. O, azerisport.az saytına müsahibəsində “Neftçi” ilə “Bakı”nın şanslarını dəyərləndirib:
“Mənə elə gəlir ki, hər iki komanda mövsümün həlledici oyununa çox yaxşı hazırlaşıb. Əlbəttə, final oyunlarında kimin favorit olduğunu söyləmək çox çətindi. Burda hətta komandalar arasında ciddi fərq olsa belə, yenə güclünün məğlub olması tamamilə realdı. Bu qarşılaşmada da “Neftçi”ylə “Bakı”nın şanslarını əllinin əlliyə dəyərləndirərdim. Çox şey komandaların meydana hansı köklənmə ilə çıxacaqlarından asılıdı. Hansısa komandanın meydana lazımı motivasiya ilə çıxmasının mümkünlüyünə inanmıram. Bu, finaldı. Onlara heç əlavə motivasiya lazım da deyil. Final matçında hər komanda qalib gəlmək istər”.