17 may 2012 14:52
Bakının ilk transferi yerli futbolçu oldu
“Bakı” ilk transferini reallaşdırıb. Azerisport.az xəbər verir ki, paytaxt klubu Ramazan Abbasovu heyətinə qatıb.
Ramazan “Bakı”dan təklif aldıqdan sonra “Rəvan”dan imtina edib. “Sarı-qırmızılar” yarımmüdafiəçiyə yeni müqavilə təklifi ilə müraciət etsələr də, futbolçu razılıq verməyib. Abbasovun “Bakı” ilə 1illik müqavilə imzalayacağı bildirilir.
Maraq üçün qeyd edək ki, Abbasov məhz “Bakı”nın yetirməsidi. O, müxtəlif vaxtlarda MOİK (2006–2007), “Neftçi” (2007–2009), “Xəzər Lənkəran” (2009–2010), “Kəpəz”də (2010–2011) də çıxış edib.
