17 may 2012 15:06
Mircavadov: Avroliqaya kubokun qalibi kimi getmək daha yaxşıdı, nəinki finalçı kimi
Təcrübəli futbol mütəxəssisi Ağasəlim Mircavadov bu gün baş tutacaq Azərbaycan kubokunun final matçı öncəsi fikirlərini açıqlayıb. O, azerisport.az saytına müsahibəsində “Neftçi” ilə “Bakı”nın şanslarını dəyərləndirib:
“Final oyunlarında favorit olmur. Ona görə ki, burda hər şeyə elə bir oyunda aydınlıq gəlir. Yaxşı hazırlıqlı olan, motivasiyası daha güclü olan qələbə qazanır. Aydın məsələdi ki, “Neftçi” çempionluqdan sonra kuboku da qazanıb, “qızıl dubl” etmək istəyir. “Bakı” da artıq Avropa Liqasına vəsiqə qazanıb və sadəcə mövsümü titulla başa vurmaq istəyir. Axı Avropaya ölkə kubokunun qalibi kimi getmək daha yaxşıdı, nəinki adi finalçı kimi. Bütövlükdə hər iki komandanın şanslarını bərabər hesab edirəm. Hər ikisinə uğurlar arzulayıram”.
