17 may 2012 15:24
Qəbələ daha 5 futbolçuya qapını göstərdi
“Qəbələ” daha bir neçə futbolçusu ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi baş məşqçi Fatih Kavlakın raportu əsasında Deon Barton, Qrem Smit, Saşa Yunisoğlu, Arif İsayev və Stiv Olfersi komandadan kənarlaşdırıb.
Qeyd edək ki, bu futbolçular hamısı sabiq baş məşqçisi Toni Adamsın dəvəti ilə “Qəbələ”yə gəlmişdilər. Onlarla yanaşı komandadan başqa gedənlərin olacağı da istisna deyil. “Qəbələ” rəhbərliyi gənc futbolçulardan da bəzilərini digər klublara icarəyə verməyə hazırlaşır.
Xatırladaq ki, bölgə klubu bundan öncə Abdulkader Kamara, Lyuba Baranin, Pavel Doroşev və Mahir Şükürovla da yollarını ayırmışdı.
