17 may 2012 15:43
İnter Avropa Liqası öncəsi iki sınaq matçı keçirəcək
Xəbər verdiyimiz kimi, hazırda istiharət edən “İnter” komandasının üzvləri təlim-məşq toplanışı keçirmək məqsədilə iyun ayının 1-də Türkiyəyə yollanacaqlar. Azerisport.az xəbər verir ki, artıq komandanın Avropa Liqası öncəsi hazırlıq planları tam dəqiqləşir.
Belə ki, İzmit şəhəri yaxınlığındakı Kartepe rayon mərkəzində yerləşən otel stadionunda məşq prosesinə start verəcək Kaxaber Tsxadadzenin yetirmələri iki yoldaşlıq matçı da keçirəcəklər. Rəqiblər hələlik tam dəqiqləşməyib və bu barədə əlavə məlumat veriləcək.
