17 may 2012 15:55
Berti Foqts Nizami Hacıyevi də millidən kənarlaşdırdı
Berti Foqts “İnter”in üzvü Nizami Hacıyevi də millidən kənarlaşdırıb. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, Hacıyev əməliyyat olunduğu üçün Azərbaycan milli komandasının mayın 20-dən 31-dək olan təlim-məşq toplanışında iştirak etməyəcək. Nizami Hacıyev qeyd olunan təlim-məşq toplanışına baş məşqçi tərəfindən ehtiyat oyunçu kimi dəvət olunmuşdu.
Xatırladaq ki, bu toplanış çərçivəsində millimiz mayın 23-də Şizuoka şəhərində Yaponiya, mayın 30-da isə Frankfurt şəhərində Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək.
