17 may 2012 16:45
“Azərbaycanın 5 ulduzlu arenası olacaq”
Tofiq Bəhramov adına Respublika stadionunda aparılan təmir və yenidənqurma işləri ilə məşğul olan Koreya firmasının nümayəndəsi Kim Çun Xo azerisport.az saytının suallarını cavablandırıb.
- Azərbaycan futbolu artıq bu arena və burda keçirilən oyunlar üçün darıxıb. Bu intizara nə vaxt son qoyulacaq?
- 80 faiz işlər artıq tamamlanıb. Qısa zamanda stadion tam təhvil veriləcək. Biz işləri iyunun axırına qədər bitirməyi planlaşdırırıq. Yenidənqurmadan sonra arena 32 min azarkeş tutumuna malik olacaq. Biz tez-tez FİFA və AFFA nümayəndələri ilə məsləhətləşirik. Çünki arena bütün müasir tələblərə cavab verməlidi.

- Hansı işlər başa çatıb?
- Biz artıq tribunalar üzərindəki əsas örtüyün quraşdırılmasını bitirmişik. Artıq platik oturacaqların quraşdırılması üçün də hər şey hazırdı. Projektorların quraşdırılması yönündə tamamlama işləri gedir. Tezliklə yeni tribunanın da təhibl verilməsi gözlənilir. Orda jurnalistlər üçün hər cür şərait yaradılacaq.

- Bəs idmançılar üçün hansı şəraitlərin yaradılması gözlənilir?
- Yeni tribunaların altında biz paltardəyişmə otaqları yaratmışıq. İdmançılar üçün daha yaxşı şərait yaratmaq üçün Cənubi Koreyadan və Türkiyədən bütün materialları gətirmişik. Yeni arenada hətta güclü qar yağdığı zamanda da futbol oyunlarını keçirmək mümkün olacaq.

- Bu arena əvvəlkindən daha nələrlə fərqlənəcək?
- Artıq bütün bunları müqayisə etmək sizin işinizdi. Amma bircə məqamı qeyd edə bilərəm – özünüzə əziyyət verməyin, onsuz da uyğunluq tapa bilməyəcəksiz. Biz yeni arenada həm də əlillər üçün xüsusi yer ayırmışıq. Onlar da burda idman yarışlarını problemsiz izləyə biləcəklər.

- Sizcə, bu arena FİFA-dan neçə ulduz alar?
- Fikrimcə, FİFA ən yüksək qiyməti verəcək. Azərbaycanın 5 ulduzlu stadionu olacaq.