17 may 2012 17:03
Bakı FK: Bunlar şayiədən başqa bir şey deyil
“Bakı”nın vitse-prezidenti Yaşar Seyidov komandanın yeni baş məşqçisinin kim olacağına dair müzakirələrə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Hazırda Azərbaycan kubokunun final oyunu çərçivəsində keçiriləcək “Neftçi”ylə qarşılaşmaya hazırlaşırıq. Sizi əmin edirəm ki, komandanı avrokuboklarda kimin meydana çıxaracağını heç kim bilmir. Bir sıra namizədlər var. Amma seçimi “Bakı”nın prezidenti edəcək. Komandamızı kimlərinsə çalışdıracağına dair yayılan xəbərlər isə şayiədən başqa bir şey deyil”.