17 may 2012 18:23
“Hədəf nəyin bahasına olur-olsun kuboku qazanmaqdı”
“Neftçi”nin yarımmüdafiəçisi Rəşad Abdullayev “Bakı” ilə Azərbaycan kubokunun final matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, öncə bunları dilə gətirib:
“Komanda bu oyuna ciddi hazırlaşıb. Hamımız uğura köklənmişik. “Qızıl dubl” etmək istəyirik. Bilirik ki, asan olmayacaq. Amma bizim üçün əsas hədəf nəyin bahasına olur-olsun Azərbaycan kubokunu qazanmaqdı”.
“Komanda bu oyuna ciddi hazırlaşıb. Hamımız uğura köklənmişik. “Qızıl dubl” etmək istəyirik. Bilirik ki, asan olmayacaq. Amma bizim üçün əsas hədəf nəyin bahasına olur-olsun Azərbaycan kubokunu qazanmaqdı”.
“Neftçi” artıq qızıl medallara sahib çıxmasına, Çempionlar Liqasına vəsiqəni təmin etməsinə baxmayaraq, Abdullayev bu oyun üçün güclü motivasiyalarının olduğunu deyir: “Biz hamımız peşəkarıq. Hər bir oyuna məlum motivasiya ilə çıxırıq. Odu ki, bu baxımdan problem olacağını düşünmürəm. Həm biz, həm də azarkeşlərimiz bu kuboku qazanmağı çox istəyirik. Ona görə hər şeyi edəcəyik ki, buna nail olaq”.
Təcrübəli futbolçu vaxtilə “Xəzər Lənkəran”ın heyətində iki dəfə bu kuboku qazansa da, növbəti dəfə eyni uğuru qazanmaq istəyini gizlətmir: “Xəzər Lənkəran”ın heyətində bir dəfə çempion oldum, iki dəfə kuboku qazandım. “Neftçi”də isə əksinədi – iki çempionluq, bir kubok. İndi “Neftçi” ilə daha bir kubok qazanmaq istəyirəm. Hər tituldan üç ədəd olması əla olardı”.
Abdullayev rəqib barədə də danışıb: “Son dövrlər bu komanda hiss olunacaq dərəcədə artırıb. Düzünü deyim ki, buna qədər onlar o qədər baxımlı oyun da sərgiləmirdilər. Bu, nəticələrdə də öz əksini tapırdı. Amma son dövrlər daha yaxşı oyun sərgiləyirlər, nəticələr qazanırlar. Onların heyətində Uinston Parks, Aleksandr Şoliç, Xavyer Junior kimi futbolçuların zədəli olduğu deyilir. Əlbəttə, bu, rəqib üçün ciddi itki olacaq. Amma bizi onların itkiləri yox, öz oyunumuz maraqlandırır”.
