17 may 2012 19:17
Qəbələdən Partizana (FOTO)
“Qəbələ”nin bir müddət öncə heyətindən kənarlaşdırdığı Lyuba Baranin karyerasını Serbiya çempionatında davam etdirə bilər. Azerisport.az xəbər verir ki, o, bu ölkənin “Partizan” klubu ilə danışıqlar aparır.
O, saytımıza açıqlamasında bu xəbəri təsdiqləyib: “Bəli, “Partizan”la danışıqlar aparıram. Hazırda menecerim bu məsələ ilə məşğuldu. Hələlik dəqiq nəsə deyə bilmərəm. Amma özüm Serbiyaya qayıtmağın əleyhinə deyiləm. Bunu özüm də istəyirəm. Ümid edirəm ki, hər şey yaxşı alınacaq”.
