17 may 2012 19:33
Akif İsmayılov: Mərkəzi arenada əvvəlkindən də yaxşı işıqlandırma sistemi olacaq
Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov arenada aparılan təmir və yenidənqurma işləri ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“FİFA-nın tələbinə uyğun olaraq stadionda 1500 lüks işıqlandırma qurğusu olmalıdı. Bizdə isə onların sayı 2000 olacaq. Özü də arena əvvəlkindən də yaxşı işıqlandırılacaq. Çünki lampalar stadionun tribunaları üzərindəki örtüklərdə yerləşdiriləcək və meydana yaxın olacaqlar. Stadionda aparılan işlər demək olar ki, yekunlaşmaq üzrədi. Hazırda yeni tribunanın inşası gedir. Ondan sonra oranın da işıqlandırılması öz həllini tapacaq”.