17 may 2012 23:28
Böyükağa Hacıyev: Bahodir Nasimov zədəli olmasaydı...
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Azərbaycan kubokunun finalında “Bakı”ya qarşı keçirdikləri oyunu dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, 0:2 hesabıyla uduzduqları görüşlə bağlı bunları dilə gətirib:
“Heç kimi bu məğlubiyyətə görə günahlandırmaq istəmirəm. Günahkar hamımızıq. Bu gün biz demək olar ki, dəyişikliksiz oynadıq. Bahodir Nasimov zədəli olmasaydı, bilmək olmazdı matç necə bitəcəkdi”.
