17 may 2012 00:35
İngiltərə yığmasında kapitan böhranı çözüldü
Futbol üzrə İngiltərə yığmasının yeni kapitanı müəyyənləşib. Azerisport.az xəbər verir ki, bundan sonra ingilislərin kapitanı Stiven Cerard olacaq.
Bu barədə İngiltərə millisinin yeni baş məşqçisi Roy Hocson məlumat verib. O, bildirib ki, qarşıdan gələn AÇ-2012-də yığmanın kapitan sarğısını Con Terri yox, Stiven Cerard daşıyacaq.
Qeyd edək ki, əslində ingilislərin kapitanlığını bir neçə il idi Con Terri həyata keçirirdi. Lakin “Chelsea” klubunun aparıcı müdafiəçisi irqçilik qalmaqalları səbəbindən İngiltərə Futbol Federasiyası tərəfindən bu hüququndan məhrum olunmuşdu. Hətta buna görə İngiltərə yığması italiyalı baş məşqçisi Fabio Kapellonu da itirmişdi.
