17 may 2012 00:51
Liverpool baş məşqçisi ilə yollarını ayırdı
Futbol üzrə İngiltərənin “Liverpool” klubu baş məşqçisiz qalıb. Azerisport.az xəbər verir ki, komandanın baş məşqçisi Kenni Dalqliş postundan ayrıldığını bəyan edib.
61 yaşlı mütəxəssis mövsüm başa çatan kimi rəhbərliklə görüş keçirib. Tərəflər arasındakı danışıqların nəticəsi olaraq yolların ayrılmasına qərar verilib.
2006-cı ildən bəri kubok həsrəti çəkən “Liverpool” Dalqliş dönəmindı Liqa Kubokunu qazanmağın sevincini yaşadı. Ancaq transferlərə 100 milyon avrodan artıq pul xərcələnməsinə rəğmən, komandanın Çempionlar Liqasına vəsiqə qazana bilməməsi təcrübəli mütəxəssisə baha başa gəlib.
Premyer Liqanı 52 xalla bitirən “Liverpool” Dalqlişin rəhbərliyi altında 1953-54 mövsümündən bəri ən pis mövsümünü yaşadı. Hələlik Dalqlişin kiminlə əvəzlənəcəyi bilinmir.
