18 may 2012 01:06
Novruz Əzimov: Sübut etdik ki, Bakı avrokuboklara layiqdi
“Bakı”nın baş məşqçisi Novruz Əzimov “Neftçi” ilə Azərbaycan kubokunun final matçını şərh edib. Azerisport.az saytına müsahibəsində o, 2:0 hesabıyla qalib gəldikləri görüşlə bağlı bunları dilə gətirib:
“Neftçi” güclü komandadı. Ancaq biz finala daha yaxşı hazırlaşmışdıq. Mövsümün sonunda kubokun finalı bizim üçün əsas oyuna çevrilmişdi. Bu üzdən hətta çempionat oyunlarına da xüsusi fikir vermirdik. Bu gün göstərdik ki, avrokuboklara layiqik. Bu qələbəni klubumuzun prezidenti Hafiz Məmmədova həsr edirik. Futbolçularım meydandan kənar təzyiqlərə sinə gərməyi bacardı. Buna görə onlara təşəkkür edirəm. Gərgin qarşılaşma oldu. Şadam ki, sonda qalib gəldik. Parks əvəzlənərkən küncdən zərbə vururduq. Parks epizodun başa çatmasını istədi. Ondan sonra meydandan çıxdı. Baş məşqçisi kimi komandada qalıb-qalmayacağıma rəhbərlik qərar verəcək. Mənim və ya başqa mütəxəssisin təyin olunmasından aslı olmayaraq, “Bakı”nın seçiminin doğru olmasını arzulayıram”.
