18 may 2012 01:17
Juventusda azərbaycanlı futbolçu
İtaliyanın “Juventus” klubu azərbaycanlı qapıçının xidmətində maraqlıdı. Azerisport.az xəbər verir ki, Turin təmsilçisinin aşağı yaş qrupundan olan komandasının məşqçiləri 9 yaşlı həmyerlimiz Eldar Tağızadəni bəyəniblər.
Özü də “Qoca senyora”nın azarkeşi olan Eldar bu il valideynləri ilə birgə artıq bir dəfə Turində olub. “Juventus”un məşqçiləri onu baxışa dəvət ediblər və Tağızadə iyul ayında yenidən İtaliya klubunun bazasına yollanacaq. Baxışdan uğurla keçəcəyi halda həmyerlimiz Turin klubunun aşağı yaş qruplarından ibarət komandalarının birinə cəlb olunacaq.
Maraq üçün qeyd edək ki, Tağızadə 9 yaşı olmasına rəğmən, hazırda 144 sm boya malikdi.
